Uitkoff: Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqları Cenevrədə 10 gün davam edəcək
Şəfa Hüseynli
Ukrayna - ABŞ - Rusiya sülh danışıqlarının növbəti mərhələsi İsveçrənin Cenevrə şəhərində 10 gün ərzində keçiriləcək.
Operativ Media xəbər verir ki, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
Uitkoffun qeyd etdiyi kimi, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerov Amerika tərəfi ilə danışıqlar aparmaq üçün Floridaya gələcək.
"Qeyd etdiyim kimi, biz yalnız Cenevrədə görüşmürük. Düşünürəm ki, Rustem əvvəlcə Floridaya gələcək, bizimlə görüşəcək və bundan sonra çox tezliklə üçtərəfli görüş olacaq", - Uitkoff qeyd edib.
Qeyd edək ki, Ukrayna-ABŞ-Rusiya üçtərəfli danışıqlarının sonuncu mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçirilib.