Ana səhifə / Dünya / Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq 25.02.2026, 08:09 Operativ Media Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu barədə Operativ Media-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yeri dəyişdiriləcək. Bununla əlaqədar saat 10.00-dan etibarən M.Hadi küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.