Menyu

Qırğızıstan XİN rəhbəri Böyük Britaniyaya səfər edəcək

Şəfa Hüseynli
 Qırğızıstan XİN rəhbəri Böyük Britaniyaya səfər edəcək

25-26 fevral 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Orta Asiya və Birləşmiş Krallıq Xarici İşlər Nazirlərinin ilk görüşündə iştirak etmək üçün Birləşmiş Krallığa işgüzar səfər edəcək. 

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

Səfər çərçivəsində Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İşləri üzrə Dövlət Katibi İvet Kuper və maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər, eləcə də Qırğızıstan-Britaniya Biznes Şurasının iclasında iştirak planlaşdırılır.

Tərəflər ikitərəfli və regional gündəliyin aktual məsələlərini, eləcə də siyasi, ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Əlaqəli Xəbərlər