Menyu

Azərbaycan PL-də mövsümün antirekordu qeydə alınıb

Operativ Media
Azərbaycan PL-də mövsümün antirekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Operativ Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turda gerçəkləşib.

Ötən gün başa çatan turda cəmi 8 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.

Vurulan topların yarısı "Kəpəz" – "Neftçi" görüşündə (1:3) qeydə alınıb. "İmişli" – "Qarabağ" və "Qəbələ" – "Sabah" matçlarında qonaqlar, "Zirə" – "Karvan-Yevlax" və "Araz-Naxçıvan" – "Sumqayıt" qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. "Şamaxı" – "Turan Tovuz" oyunu isə 0:0 hesabı ilə başa çatıb.

Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol IV turda vurulub – 9 top (orta məhsuldarlıq - 1,50).

Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXIX turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.

Əlaqəli Xəbərlər