Menyu

Lamin Yamal yeni rekorda imza atıb

Operativ Media
Lamin Yamal yeni rekorda imza atıb

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal 2025/26 mövsümündə Avropanın ən yaxşı beş futbol liqasından 100 uğurlu driblinq edən ilk oyunçu olub.

Operativ Media xəbər verir ki, bu haqda "Opta" məlumat yayıb.

Ümumilikdə, 18 yaşlı ispaniyalı 199 dəfə driblinq etməyə cəhd edib.

İkinci yerdə 138 driblinqdən 74-ü uğurlu olan "Leypsiq"in 19 yaşlı Fil Dişi Sahili hücumçusu Yann Diomande qərarlaşıb.

Yamal 2025/26 mövsümündə 32 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib. O, La Liqanın 24-cü turunda "Jirona" ilə 2-1 hesablı heç-heçədə penaltidən qol vura bilməyib.

Əlaqəli Xəbərlər