Menyu

"Sabah"ın qapıçısı: "Hər oyunda qələbə qazanaq, şəxsi göstəricilər isə ikinci plandadır"

Operativ Media
"Sabah"ın qapıçısı: "Hər oyunda qələbə qazanaq, şəxsi göstəricilər isə ikinci plandadır"

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Qəbələ"ni məğlub edən "Sabah"ın qapıçısı Stas Pokatilov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, matçın qəhrəmanlarından olan qolkiper gərgin keçən qarşılaşmanı belə şərh edib:

"Çox ağır oyun oldu, xüsusilə son dəqiqələr çox gərgin keçdi. Düzü, uzun müddət idi ki, belə oyunumuz olmamışdı. Adətən daha rahat hesablı qələbələr qazanırdıq. Amma çempionatın sonuna yaxınlaşırıq və düşünürəm ki, belə oyunların sayı artacaq. Ona görə də əsas olan qələbə qazanmaqdır".

Mövsümdəki 12-ci "quru" oyununu keçirən və matçda kritik qurtarışlarla yadda qalan qapıçı şəxsi statistikasına da münasibət bildirib:

"Çalışıram ki, statistikaya çox fikir verməyim və diqqətimi yayındırmayım. Əlbəttə, bəzən baxıram, maraqlı gəlir. Amma ən vacibi komandanın nəticəsidir. Əsas odur ki, hər oyunda qələbə qazanaq, şəxsi göstəricilər isə ikinci plandadır".

Əlaqəli Xəbərlər