Menyu

Çin 53 Afrika ölkəsi üçün tarifləri ləğv edəcək

Şəfa Hüseynli
Çin 53 Afrika ölkəsi üçün tarifləri ləğv edəcək

Çin Afrika ölkələri üçün gömrük rüsumlarını birtərəfli qaydada ləğv etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə "Caixin" məlumat yayıb.

Çin Xalq Respublikasının sədri Si Cinpin  bildirib ki, "2026-cı il mayın 1-dən etibarən Çin Çinlə diplomatik münasibətləri olan 53 Afrika ölkəsi üçün rüsumsuz rejim tətbiq edəcək".

Çin prezidenti ​​həmçinin qeyd edib ki, Çin yaşıl kanalı optimallaşdırmaq və digər tədbirlər vasitəsilə Afrika məhsullarının Çin bazarına çıxışını genişləndirmək üçün iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqları irəli aparmaq niyyətindədir.

Əlaqəli Xəbərlər