“Barselona” La Liqada yeddi penaltidən üçünü qaçırıb
Operativ Media
İspaniya çempionatının 24-cü turunda “Jirona” ilə keçirilən oyunda (1:2) “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal penaltini dəqiq yerinə yetirə bilməyib.
Operativ Media "Opta"ya istinadən xəbər verir ki, “Barselona” 2025/26 mövsümündə La Liqa çərçivəsində vurduğu yeddi penaltidən üçünü qaçırıb. “Valensiya” isə beş penalti zərbəsindən üçünü qola çevirə bilməyib. Çempionatda digər komandaların qaçırdığı penaltilərin sayı daha azdır.
“Barselona” İspaniya çempionatında 24 turdan sonra 58 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.