İsveçrədə 80 sərnişin daşıyan qatar relsdən çıxıb - YENİLƏNİB
Vale kantonunun Qoppenşteyn kəndi yaxınlığında qatarın relsdən çıxması nəticəsində ən azı beş nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Hüquq-mühafizə orqanları bildirib.
Qəza nəticəsində beş nəfər yaralanıb. Hadisə zamanı qatarda 29 sərnişin olub. Polis bir nəfərin xəstəxanaya yerləşdirildiyini, dörd nəfərə isə hadisə yerində tibbi yardım göstərildiyini dəqiqləşdirib.
Xəttdə qatarların hərəkəti dayandırılıb.
***
13:14
İsveçrənin Vale kantonunda sərnişin qatarı relsdən çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Polisin sosial mediada yaydığı məlumata görə, hadisə səhər saatlarında baş verib.
Ərazidə xilasetmə işlərinin davam etdiyini və qəzada yaralananların olduğu bildirilir.
Qəzanın dəqiq səbəbi və yaralıların sayı barədə ətraflı məlumat hələlik yoxdur.