Menyu

Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb - YENİLƏNİB 2

Şəfa Hüseynli
Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb - YENİLƏNİB 2

Türkiyə və Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

Operativ Media xəbər verir ki, imzalanma və sənədlərin mübadiləsi mərasimində Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Sənədlərin altısı hər iki ölkənin nazirləri, biri isə (Türkiyə ilə Yunanıstan hökumətləri arasında ortaq bəyannamə) Kiryakos Miçotakis və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

18:12

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyədə rəsmi səfərdədir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Daha sonra Türkiyə Prezidenti və Baş nazir arasında ikitərəfli görüş olub.

11:19

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İkitərəfli görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Ərdoğan və Mitsotakis həmçinin regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparacaqlar.

Əlaqəli Xəbərlər