Avstriya Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb
Operativ Media
2025-ci il ərzində Azərbaycandan Avstriyaya 87,9 milyon ABŞ dolları dəyərində 177,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 1,8 dəfə, həcm baxımından isə 2 dəfə üstələyir.
Ümumilikdə ötən il ərzində ölkədən 12,091 milyard dollar dəyərində 23,38 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Avstriya 18-ci yerdə qərarlaşıb və ixrac həcminin 0,75 faizi bu ölkənin payına düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net