İspaniyada qatar qəzasında ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB 3
İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə yerli "ABC" qəzeti məlumat yayıb.
***
10:27
İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "EFE" məlumat yayıb.
***
09:54
İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "RTVE" məlumat yayıb.
Telekanalın məlumatına görə, 73 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdır.
İçərisində 317 nəfər olan və Malaqadan Madridə gedən "Iryo" özəl daşıyıcı şirkətinin idarə etdiyi qatar relsdən çıxaraq Madriddən Huelvaya gedən "Renfe" qatarının istifadə etdiyi bitişik relslərə sürüşüb. İkinci qatar da relsdən çıxıb.
***
06:24
İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Bu barədə Operativ Media "RTVE"yə istinadən xəbər verir.
Telekanal təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu bildirib.
Bu fonda İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada yazıb ki, hələlik son ölənlərin sayını müəyyən etmək mümkün deyil.
Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.