"Neftçi" 2-ci yoxlama oyununa çıxacaq
Operativ Media
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıqlarını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama görüşünə çıxacaq.
Operativ Media-nın xəbərinə əsasən, Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə qarşılaşacaq. Matç “Məhəmməd bin Zayed” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Əbu-Dabi toplanışı çərçivəsində ilk sınaq oyununda Qazaxıstanın “Kayrat” komandasını 3:0 hesabı ilə məğlub edən “ağ-qaralar” hazırlıq mərhələsinin son yoxlama matçını yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net