Menyu

"Barselona"nın qapıçısı yenidən zədələndi

Əziz Əzizli
"Barselona"nın qapıçısı yenidən zədələndi

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya Super Kubokunun yarımfinalında "Atletik Bilbao" ilə oyunda komandasına kömək edə bilməyəcək.

Operativ Media xəbər verir ki, 33 yaşlı alman məşq zamanı zədə alıb.

Qapıçı tezliklə tibbi müayinədən keçəcək və bundan sonra sağalma müddəti müəyyənləşəcək. Mənbənin məlumatına görə, zədə oyunçunun bu həftə açıqlanan "Jirona"ya icarəyə verilməsinə təsir göstərə bilər.

Ter Ştegen zədə səbəbindən oyunların əksəriyyətini buraxdığı üçün bu mövsüm yalnız bir oyunda iştirak edib.

"Barselona" ilə "Atletik" arasında oyun 7 yanvar Çərşənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 23:00 -da başlayacaq .

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər