Menyu

"Barselona" sabiq futbolçusunu icarəyə götürdü

Operativ Media
"Barselona" sabiq futbolçusunu icarəyə götürdü

"Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo "Barselona" ilə razılığa gəlib.

Operativ Media  xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

Portuqaliyalı müdafiəçi 2025/26 mövsümünün sonuna qədər icarə əsasında Kataloniya klubunun formasını geyinəcək. "Barselona" buna görə görə, Səudiyyə Ərəbistanı təmsilçisinə 4 milyon avro ödəyəcək. 

Bir müddət əvvəl mediada "İnter"in futbolçu ilə ciddi maraqlandığı xəbəri yayılsa da, portuqaliyalı İspaniyaya yollanmağa qərar verib.

Qeyd edək ki, 31 yaşlı Kanselo 2024-cü ilin yayından "Əl-Hilal"da oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Portuqaliyalı əvvəllər həm "İnter", həm də "Barselona"da oynayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər