Pakistan XİN başçısı Pekinə səfər edib
Operativ Media
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Pakistan və Çin Xarici İşlər nazirliklərinin 7-ci strateji dialoquna Çinin xarici işlər naziri Van İ ilə birgə sədrlik etmək üçün Pekinə yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.
Məlumata görə, İshaq Dar 2026-cı ildə Çinə səfər edən ilk yüksək vəzifəli əcnəbi olacaq.
"Yanvarın 4-də baş tutacaq dialoq çərçivəsində tərəflər birgə əməkdaşlığın bütün spektrini nəzərdən keçirəcək, tərəfdaşlığın yeni istiqamətlərini müəyyən edəcək, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edəcəklər", - məlumatda deyilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net