Menyu

ABŞ vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb

Operativ Media
ABŞ vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb

ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Venesuela üzrə diplomatik missiyasının bəyanatında deyilir.

“Yüksək qanunsuz saxlanılma riski, həbs yerlərində işgəncələr, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və səhiyyə infrastrukturunun zəif inkişafı səbəbindən Venesuelaya səfər etməyin və orada qalmayın”, – müraciətdə deyilir.

Qeyd edək ki, yanvarın 3-də Karakas şəhərində silsilə partlayışlar baş verib.

Yerli sakinlər şəhər üzərindən ABŞ-yə məxsus hərbi təyyarələrin və helikopterlərin uçduğunu iddia edir.

Venesuela prezidenti Nikolas Maduro yaranmış vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər