Menyu

Putin xarici məhkəmə qərarlarının icrasını qadağan edən qanun imzalayıb

Operativ Media
Putin xarici məhkəmə qərarlarının icrasını qadağan edən qanun imzalayıb

Rusiya Prezidenti Vladimir Putin xarici cinayət məhkəmələrinin və beynəlxalq məhkəmə qərarlarının Rusiyada icrasını qadağan edən qanunu imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Müvafiq sənəd hüquqi aktların rəsmi dərc edilməsi üçün nəzərdə tutulan internet saytında yerləşdirilib.

Qanuna əsasən, Rusiya Federasiyasının iştirakı olmadan digər xarici dövlətlər tərəfindən cinayət prosesi sahəsində səlahiyyətlərə malik xarici məhkəmələrin qərarları, eləcə də səlahiyyətləri Rusiya Federasiyasının beynəlxalq müqaviləsinə və ya BMT Nizamnaməsinin VII fəsli çərçivəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan beynəlxalq məhkəmə orqanlarının qərarları Rusiyada icra olunmur.

Əlaqəli Xəbərlər