Menyu

2026-ci ildə Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Operativ Media
2026-ci ildə Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

Əlaqəli Xəbərlər