Menyu

Xəqani küçəsində avtomobil yanıb

Operativ Media
Xəqani küçəsində avtomobil yanıb

Bu gün gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Əlaqəli Xəbərlər