“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Operativ Media
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Operativ Media xəbər verir ki, A qrupunda 9 turdan ibarət yarışda 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüb.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.
Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5000 manat pul mükafatı qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Vugar Gashimov Open” olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net