Ana səhifə / Siyasət / Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına qərar verilib 15.12.2025, 18:49 Operativ Media Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. Operativ Media xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Geri Göndərmə Mərkəzinə gətirilib. 3 gün əvvəl isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.