Ana səhifə / Dünya / Rusiyaya məxsus MIDVOLGA-2 tankeri Qara dənizdə hücuma məruz qalıb Rusiyaya məxsus MIDVOLGA-2 tankeri Qara dənizdə hücuma məruz qalıb 02.12.2025, 11:30 Operativ Media Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb.Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb.Qeyd edilir ki, gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir.