Ana səhifə / Siyasət / Tramp Netanyahunu Ağ Evə dəvət edib Tramp Netanyahunu Ağ Evə dəvət edib 01.12.2025, 22:09 Operativ Media ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.Operativ Media xəbər verir ki, bu barədə məlumatı İsrail hökumətinin mətbuat xidməti yayıb.Qeyd olunur ki, tərəflər söhbət zamanı HAMAS-ın tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini vurğulayıblar.Tramp və Netanyahu həmçinin region ölkələri ilə sülh sazişlərinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.Dialoq əsnasında ABŞ prezidenti İsrail liderini yaxın vaxtlarda Ağ Evə dəvət edib.
26.02.2026, 16:08 Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək