Ana səhifə / Siyasət / Ərdoğan Bahçelini evində ziyarət edib Ərdoğan Bahçelini evində ziyarət edib 12.11.2025, 19:49 Operativ Media Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelini evində ziyarət edib. Operativ Media “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bahçelinin Türkmənbeyi küçəsində yerləşən iqamətgahında baş tutub. Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər. Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.
26.02.2026, 19:28 Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO