Türkiyə müdafiə nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Operativ Media
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
"Beş il əvvəl Qarabağda böyük qələbə qazanan Azərbaycan türk qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən qeyd edirik. Türkiyə və Azərbaycan bir millət iki dövlət olaraq əbədi birləşəcəklər!"- paylaşımda qeyd olunub.
5 yıl önce Karabağ’da büyük bir zafer kazanan Azerbaycan Türk'ü kardeşlerimizin 8 Kasım Zafer Günü’nü kutluyor, kardeşlerimizi gönülden selamlıyoruz.