Azərbaycanın bank sektoru ötən ay 90,3 milyon manat xalis mənfəət əldə edib
Redaksiya
Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 90,3 milyon manat xalis mənfəət əldə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
Ötən il bankların əməliyyat gəlirləri 358,2 milyon manat (əvvəlki ilə nisbətən 35,8 %çox), əməliyyat xərcləri 217,9 milyon manat (28,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 27,3 milyon manat (28,2 % çox), digər xərcləri 0,1 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 22,7milyon manat (62,1 % çox) təşkil edib.
Azərbaycanda 25 bank fəaliyyət göstərir.
Teqlər:
"Azərbaycanın bank sektoru ötən ay 90 3 milyon manat xalis mənfəət əldə edib"