Menyu

Qubada bələdiyyəyə aid ərazidə və yaşayış evində yanğın olub

Əsəd Abbaslı
Qubada bələdiyyəyə aid ərazidə və yaşayış evində yanğın olub

Quba rayonunun Xaspolad kəndində bələdiyyəyə aid ərazidə 5 ha biçilmiş taxıl sahəsi, quru ot, kol-kos, yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 6 m² sahədə, sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisində 5 ton taxıl, sahəsi 54 m² olan tövlənin yanar konstruksiyaları və əraziyə yığılan 14 ton ot bağlamasının 9 tonu yanıb.

Bu barədə Operativ Media-ya FHN-dən bildirilib.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər:

"Qubada b\u0259l\u0259diyy\u0259y\u0259 aid \u0259razid\u0259 v\u0259 ya\u015fay\u0131\u015f evind\u0259 yan\u011f\u0131n olub"

Əlaqəli Xəbərlər