Menyu

Türkiyə DİN-in çavuşu qayalıqdan yıxılaraq ölüb

Əsəd Abbaslı
Türkiyə DİN-in çavuşu qayalıqdan yıxılaraq ölüb

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Jandarm idarəsinin çavuşu Mehmet Ali Yıldırım həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Nazir bildirib ki, Şırnak Vilayəti Jandarm Komandanlığında xidmət edən M.A.Yıldırım əməliyyat zamanı qayalıq bölgədən enerkən ağır şəkildə yaralanıb.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin cəhdlərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər