Menyu

AZAL təyyarəsinin vurulması əmrini Rusiya generalı verib

Əsəd Abbaslı
AZAL təyyarəsinin vurulması əmrini Rusiya generalı verib

AZAL təyyarəsinin vurulması əmrini Rusiyanın 51-ci Hava Hücumundan Müdafiə Diviziyasının komandiri, general-mayor Tolopilo verib.

Operativ Media xəbər verir ki, "Minval Politico" hadisənin detallarını dərc edib.

Nəşrin məlumatına görə, təyyarənin vurulması əmrini Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin 51-ci diviziyasının komandiri, general-mayor Tolopilo verib.

Bu barədə həmin vaxt əmri alan və kapitana ötürən podpolkovnik Orlyanski açıqlama verib.

Bildirilir ki, raketlərin buraxıldığı hərbi bölmə Tolopilonun birbaşa əmrinə tabe olub.

Bu fakt 2024-cü il 16 dekabr tarixli rəsmi raportla da təsdiqlənir.

Hadisədən sonra general məsuliyyəti hava dispetçerlərinin üzərinə atmağa çalışıb və raketlərin guya “öz-özünə məhv olduğu” versiyasını irəli sürüb.

Lakin aparılan daxili araşdırma bu versiyanı təkzib edib.

Məlumata görə, general-mayor Tolopilo buna baxmayaraq cəzalandırılmayıb, əksinə vəzifəsi artırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər