Menyu

Zelenski Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB

Əsəd Abbaslı
Zelenski Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB

Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Operativ Media bu barədə “Ukrinform”a istinadla xəbər verir.

“Prezident Volodimir Zelenski bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib”, - deyə “Ukrinform” Ukrayna rəsmisinə istinadən yazır.

Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.

Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

10:00

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Zelenski Rusiya ilə müharibənin dayandırılması ilə bağlı Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlardan əvvəl vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər