Sinanyan: 2 mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya ediləcək
Ermənistan hakimiyyəti Vaşinqtonun 2000-dən çox ermənini ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır.
Operativ media xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparatının diasporla iş üzrə baş komissarı Zareh Sinanyan deyib.
"Söhbət iki mindən çox Ermənistan vətəndaşını deportasiya etmək niyyətindən gedir. Real rəqəm daha çox ola bilər. Bu hələ birinci partiyadır", - deyə o bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma