Menyu

Makron: Putini dayandıran olmasa Moldovaya və Rumıniyaya qədər gedəcək

Əsəd Abbaslı
Makron: Putini dayandıran olmasa Moldovaya və Rumıniyaya qədər gedəcək

Putini dayandıran olmasa, o, Moldovaya və Rumıniyaya qədər gedə bilər.

Operativ Media xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

Fransa prezidenti əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar və Ukrayna prezidentləri arasında mübahisədən sonra ABŞ-nin Ukrayna ilə də dialoqu bərpa etməkdən başqa çarəsi yoxdur.

“Amerikalıların aydın taleyi ukraynalıların tərəfində olmaqdır, buna heç bir şübhəm yoxdur. Birləşmiş Ştatların son üç ildə gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tamamilə uyğundur. Mən amerikalılara başa salmaq istəyirəm ki, Ukraynadan qopmaq onların maraqlarına uyğun deyil, - deyə Fransa prezidenti bildirib.

Eyni zamanda, onun fikrincə, Vladimir Putinin başçılıq etdiyi Rusiya “Avropa üçün həmişəkindən daha çox ekzistensial təhlükədir”.

“Ona görə də düşmənlə bağlı səhvə yol verməyin. Təhlükəsizliyimiz təhlükə altındadır", - Makron əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər