Menyu

"YouTube" reklamlarla bağlı yeni qərar verib

"YouTube" reklamlarla bağlı yeni qərar verib

“YouTube” videohostinqi platformaya yüklənən vidoeçarxlarda peyda olan reklamlarla bağlı dəyişikliklər olunacağını elan edib. Məqsəd ilk növbədə uzun videoların ortalarında göstərilən reklamları tamaşaçılar üçün daha az “bezdirici” və daha “təbii” etməkdir.

Operativ Media xəbər verir ki, bu barədə “The Verge” nəşri yazır.

Mayın 12-dən etibarən platforma uzun videolarda yalnız istifadəçinin fasilə düyməsini sıxdığı və ya videokontentdə yeni səhnəyə keçid zamanı reklam göstərəcək. Yəni videoçarxda nitqin və ya aktiv hərəkətliliyin ortasında reklam peyda olmayacaq.

Yeni “YouTube” alqoritmi reklamın peyda olması üçün videoda “təbii müdaxilə nöqtələrini”, məsələn, səhnənin məntiqi sonluğunu və ya səhnələr arasında keçidi müəyyənləşdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər