Hakan Fidan: Axısqa türklərinin Gürcüstana qayıtmalarına lazımi dəstəyi verməyə hazırıq
Gürcüstanın ərazi bütövlüyünə təhdid təşkil edəcək məsələlərə bağlı mövqeyimiz açıq və qətidir.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.
XİN rəhbəri deyib ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi davam etdirəcək.
"Bugünkü görüşümüzdə Axıska türkləri barədə də müzakirələr apardıq. Axısqa türkləri 80 il öncə ana vətənlərindən sürgün edilib. Onların ana vətənləri olan Gürcüstana qayıtmaları ilə bağlı lazımi dəstəyi verməyə hazırıq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma