Qərb Ukraynaya F-16 qırıcılarından ibarət eskadrilyalar verməyi planlaşdırır
Qərb ölkələri Ukraynaya F-16 qırıcılarının bütün eskadrilyaları verməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Danimarka, Hollandiya və ABŞ liderlərinin birgə bəyanatında deyilir.
Sənəddə qeyd edilir: "Biz müasir dördüncü nəsil çoxməqsədli F-16 təyyarələrinin eskadrilyalarını təhvil verməklə Ukraynanın Hərbi Hava Qüvvələri potensialını daha da inkişaf etdirməyə sadiqik".
Əlavə edilir ki, Qərb koalisiyası qırıcıları işlək vəziyyətdə saxlamaq, eləcə də pilotların hazırlanmasını davam etdirmək niyyətindədir.
Açıqlamada bildirilir ki, Ukrayna pilotları bu yay F-16-dan istifadə edə biləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net