Menyu

ABŞ qoşunlarını Nigerdəki hava bazasından çıxarıb

ABŞ qoşunlarını Nigerdəki hava bazasından çıxarıb

ABŞ ordusu Nigerdəki 101-ci aviabazadan şəxsi heyətini geri çəkib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Qeyd edək ki, Nigerin hakim xuntası aprel ayında ABŞ-yə keçən il çevrilişdən sonra Qərbi Afrika ölkəsində yerləşdirilən 1000-ə yaxın hərbçini geri çəkmək barədə nota vermişdi.

Mövzu ilə bağlı Nigeriya və ABŞ Müdafiə Nazirliyinin birgə bəyanatında deyilir: "Nigeriya və ABŞ silahlı qüvvələri arasında effektiv əməkdaşlıq və kommunikasiya sayəsində bu əməliyyat vaxtından əvvəl və heç bir fəsad olmadan başa çatdırılıb". 

Nigerin hakim xuntası ABŞ-yə qoşunlarını bu ölkədən çıxarmaq üçün sentyabrın 15-dək vaxt verib.

Aprel ayında isə Rusiya Nigerə hərbi təlimatçılar göndərib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər