Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır
Nərmin Qocamanlı
Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi imkanları ilə bağlı danışıqlar aparır, proses əsas fazaya daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Mən deyərdim ki, top ABŞ-ın meydançasındadır. Biz ABŞ-da daxili prosedurların tamamlanmasını gözləyirik və bundan sonra işə başlayacağıq", - Qriqoryan deyib.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ermənistan beynəlxalq tərəfdaşları ilə, eləcə də təhlükəsizlik sahəsində iqtisadi əlaqələrini şaxələndirməyə çalışır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma