Menyu

Almaniya silah ixracını 30 faiz artırıb

Nərmin Qocamanlı
Almaniya silah ixracını 30 faiz artırıb

Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi (DPA) məlumat yayıb.

Bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz artımdan xəbər verir.

İxrac təsdiqinin təxminən 65 faizi və ya 4,88 milyard avronun Almaniyanın Rusiyaya qarşı dəstəklədiyi Ukraynaya aid olduğu bildirilib.

Ukraynadan sonra silah ixracına ən çox razılıq alan ölkələr Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətər olub.

Qeyd edək ki, Almaniya hökuməti 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər