Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqının (Aİ) üzvü olacaq, çünki o, digər namizəd ölkələrlə müqayisədə icmaya qoşulmağa hazır olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib.
"Əlbəttə, assosiasiyanın gündəliyində və doqquz prioritetdə nəzərdə tutulan şərtlərə əməl olunmağa davam ediləcək. Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına tamhüquqlu üzv olmağa namizəd ölkələr arasında ən hazır olan ölkə olacaq", - Kobaxidze bildirib.
Eyni zamanda, o, NATO ilə fəal əməkdaşlığı davam etdirəcəyini vəd edib: "Bizim müxtəlif sahələrdə, o cümlədən hərbi və müdafiə sahələrində çox səmərəli əməkdaşlığımız var. Bu əməkdaşlığın dərinləşdirilməsi hökumətimizin əsas prioritetlərindən biri olacaq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net