Blinken Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığı pisləyib
ABŞ dövlət katibi Entoni Blinken Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol ilə telefon danışığında KXDR və Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsini pisləyib.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Eyni zamanda, Blinken Moskva ilə Pxenyan arasında silah tədarükünün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq həyata keçirildiyini iddia edib: "Dövlət katibi KXDR və Rusiya arasında dərinləşən hərbi əməkdaşlığı pisləyib, həmçinin ABŞ və Koreya Respublikası arasında davamlı müttəfiqliyin dünyada sülh, təhlükəsizlik və rifahın təşviqində əhəmiyyətini bir daha təsdiqləyib", - Miller yazılı açıqlamasında bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net