Menyu

Medvedçuk: Putinin təklifindən imtina Odessa və digər şəhərlərin azad edilməsini diktə edir

Medvedçuk: Putinin təklifindən imtina Odessa və digər şəhərlərin azad edilməsini diktə edir

Rusiya prezidenti Vladimir Putinin sülh təklifinin rədd edilməsindən sonra Rusiya və Ukrayna xalqının maraqları Odessanın və digər şəhərlərin azad edilməsini zəruri edir. 

"Operativ Media" xəbər verir ki, bunu TASS-a müsahibəsində "Başqa Ukrayna" hərəkatının rəhbəri, Ukraynada qadağan olunmuş "Müxalifət platforması – ömür boyu, partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

"Çox dəqiq ifadə "azad etmək"dir. Rusiyanın təhlükəsizlik maraqları tam demilitarizasiya və denazifikasiyaya nail olmaq üçün neonasist rejim ilə mübarizə aparmaq üçün əlavə hərbi əməliyyatların aparılması zərurətini diktə edir", - Medvedçuk Odessa və digər şəhərlərin azad edilməsinin mümkünlüyünü şərh edərkən deyib. 

Eyni zamanda, siyasətçinin sözlərinə görə, açıq aydındır ki, Ukrayna prezidenti Volodimir Zelenski rejiminin maraqları və Ukrayna xalqının maraqları birbaşa ziddiyyət təşkil edir: "Ukraynalılar sülh istəyir, Zelenski və Qərb isə Ukrayna xalqını məhv etmək bahasına olsa belə, müharibə istəyirlər". 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər