Meloni: G7 Rusiya aktivləri ilə bağlı siyasi razılaşma əldə edib
Yeddilik Qrupunun (G7) liderləri sammitdə Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsi ilə bağlı siyasi razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bunu sammitin birinci günündən sonra mətbuata açıqlamasında İtaliyanın baş naziri Giorgia Meloni deyib.
O izah edib ki, söhbət müsadirədən yox, Kiyevə verilən kredit zəmanəti altında hazırda dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadədən gedir: "Biz Ukraynaya ilin sonuna qədər kredit sistemi vasitəsilə 50 milyard dollar məbləğində maliyyə dəstəyi göstərməsilə bağlı siyasi razılığa gəldik. Bu, müsadirə deyil, toplanmış faizlərdən istifadə etməkdir", - Meloni bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net