Menyu

Çin ordusu Hollandiyanın təxribatlarına cavab veriləcəyi barədə xəbərdarlıq edib

Nərmin Qocamanlı
Çin ordusu Hollandiyanın təxribatlarına cavab veriləcəyi barədə xəbərdarlıq edib

Hollandiya hərbçiləri BMT missiyası adı altında Şərqi Çin dənizində təhlükəli vəziyyət yaradıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

O, Hollandiya Müdafiə Nazirliyinin bu yaxınlarda Şərqi Çin dənizinin beynəlxalq hava məkanında Hollandiya Hərbi Dəniz Qüvvələrinin freqatının göyərtə helikopterinə Çin Xalq Azadlıq Ordusunun (PLA) vertolyotu və iki döyüş təyyarəsinin yaxınlaşması ilə bağlı açıqlamalarına münasibət bildirib. 

Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, bu hərəkətlər tamamilə qanuni və məqsədəuyğun olub, hər şey peşəkarcasına və standartlara uyğun həyata keçirilib. Syaoqanq belə nəticəyə gəlib ki, təhlükəli vəziyyəti yaradan Çin deyil, Hollandiyadır.

O, Hollandiyanın yalandan BMT missiyasını yerinə yetirdiyini iddia etdiyini, dəniz və hava məkanında başqa ölkələrin yurisdiksiyası altında güc nümayiş etdirdiyini, gərginlik yaratdığını və iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirdiyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, Çin istənilən pozuntu və ya təxribatlara cavab olaraq sərt cavab tədbirləri görəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər