KİV: Macarıstan Ukrayna ilə bağlı mövqeyinə görə B9-dan çıxarıla bilər
Buxarest Doqquzluğunun (Şərqi Avropa NATO və Aİ müttəfiqləri) nümayəndələri Budapeştin Ukrayna ilə bağlı mövqeyinə görə Macarıstanın ittifaqdan çıxarılması imkanını nəzərdən keçirir.
"Operativ Media" xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, son görüşlərdə Macarıstan qrupun Ukraynaya yardımın artırılması və NATO-nun Kiyevə hərbi dəstəyi artırmağa yönəlmiş addımlarını dəstəkləməsi ilə bağlı qənaətlərinə veto qoyub.
Bildirilib ki, Buxarest-9 liderləri Riqada görüşəcəklər. Budapeşt digər ölkələrin razılaşdığı bəyannamə layihəsini təsdiqləməkdən imtina etmək niyyətindədir.
Qeyd edək ki, “Buxarest doqquzları” (B9) Mərkəzi və Şərqi Avropanın 9 ölkəsinin birliyidir: Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya. Onu NATO-nun şərq cinahı da adlandırırlar. Assosiasiyanın məqsədi hərbi sahədə dərin əməkdaşlıqdır.