Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Nərmin Qocamanlı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 10-u və 11-də Nijni Novqorodda BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat qlobal Cənub və Şərqdəki bəzi ölkələrin iştirakı ilə ayrıca görüş keçiriləcəyini də bəyan edib.
“Həmçinin, BRİKS formatında xarici işlər nazirləri üzv dövlətlərin liderlərinin razılaşmalarının həyata keçirilməsində irəliləyişləri, o cümlədən dövlətlərin ümumi kateqoriyalarının yaradılması üsullarının işlənib hazırlanmasını qiymətləndirəcək və strateji tərəfdaşlığın inkişafı üçün əlavə addımları qeyd edəcəklər”, - Zaxarova əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net