Menyu

KİV: Makron iyunun 6-da Fransa təlimatçılarını Ukraynaya göndərə bilər

KİV: Makron iyunun 6-da Fransa təlimatçılarını Ukraynaya göndərə bilər

Fransa prezidenti Emmanuel Makron iyunun 6-da fransalı hərbi təlimatçıların Ukraynaya göndəriləcəyini elan edə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

Məlumata görə, bu açıqlamanı Fransa lideri müttəfiqlərin Normandiyaya çıxmasının 80 illiyi ilə bağlı təşkil olunan şənliklər zamanı verə bilər.

Fransanın təhlükəsizlik məsələləri ilə məşğul olan Themis institutunun həmtəsisçisi, Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Pere de Yonq həftəlik "Valeurs Actuelles"ə müsahibəsində deyib ki, fransızlar uzun müddətdir Ukraynadadırlar. Onun fikrincə, yalnız göndərilən təlimatçıların sayı dəyişəcək.

Daha əvvəl De Yonq demişdi ki, Kiyevin qalib gələ biləcəyi bir vəziyyəti təsəvvür etmək mümkün deyil.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər