Menyu

Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir

Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir

Ermənistanda etirazçılar müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkatının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürməsini xahiş ediblər.

“Operativ Media” xəbər verir ki, bu barədə Hərəkatın liderlərindən biri Qurgen Melikyan bəyan edib.

“Əlaqə saxladığımız insanların mütləq əksəriyyəti yekdilliklə bildirib ki, Baqrat Qalstanyan Baş nazir postuna namizəd olmalıdır”, - o bildirib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər