Çin, Yaponiya və Cənubi Koreya dörd ildən sonra ilk dəfə sammit keçirəcək
Nərmin Qocamanlı
Çin, Yaponiya və Cənubi Koreya dörd ildə ilk dəfə Seulda üçtərəfli sammit keçirəcək və bu, Vaşinqton və Pekin arasında gərginliyin artması fonunda ölkələrə münasibətləri normallaşdırmağa imkan verəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, Çinin baş naziri Li Qiang, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yoon Seok-yeol tədbirdə iştirak edəcəklər.
Qeyd edək ki, pandemiya və Çinin Yaponiyadan narazılığı, həmçinin son illərdə Cənubi Koreyanın Vaşinqtonla yaxınlaşması səbəbindən üçtərəfli sammitlər 2019-cu ildən dayandırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net