Menyu

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər

Cari ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.

"Operativ Media" bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.
Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub.
Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər